Həqiqətlər Zelenskinin üzünə deyilib
Kiprdə keçirilən bu yaxınlarda keçirilən Avvropa İttifaqı(Aİ) sammitində Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinin üzvlüyü ilə bağlı gözləntilərini yumşaltmağa çalışıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti məlumat yayıb.
Qəzetə bir mənbə bildirib ki, o, olduqca sərt həqiqətləri eşitməli olub. Bu, onun düşündüyü qədər asan olmayacaq.
Avropalı diplomatlar genişlənmə prosesinin ləyaqətə əsaslanaraq qalmalı olduğunu vurğulayırlar.
Onlar, həmçinin ölkənin islahat səylərinin, xüsusən də qanunun aliliyi və korrupsiyaya qarşı mübarizənin əsas sahələrində zəiflədiyini qeyd edirlər.
Kiyev razılaşdırılmış 90 milyard avroluq maliyyələşdirmədən pay almaq üçün şərt kimi biznes vergilərinin artırılması ilə bağlı Aİ tələblərinə müqavimət göstərir. "Onların daxili islahatları dayanıb. Bu, yaxşı deyil və bunu hamı bilir", - mənbə qəzetə bildirib.
Brüssel vurğulayır ki, ABŞ-nin birbaşa hərbi və maliyyə dəstəyinin sona çatması ilə Aİ artıq Ukraynanın ən vacib tərəfdaşına çevrilib.
"Biz onun yeganə dostlarıyıq, ona görə də onun ağzını yumması daha yaxşı ola bilər", - qəzetin mənbəyi bildirib.
20:42 01.05.2026
Oxunuş sayı: 52