Trampa HƏRBİ PLANLAR təqdim edildi - əməliyyatlar yenidən başlayır
ABŞ prezidenti Donald Tramp bir neçə saat əvvəl hərbi əməliyyatların yenidən başlanması ilə bağlı yeni planlar barədə məlumatlandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata əsasən, təqdim olunan planlar mümkün hərbi eskalasiyaya dair ssenariləri əhatə edir. Detallar açıqlanmasa da, prosesin ABŞ-nin gələcək təhlükəsizlik və hərbi strategiyası ilə bağlı olduğu bildirilir.
16:52 01.05.2026
Oxunuş sayı: 356