İrana qarşı əməliyyatlar ABŞ-yə baha başa gəldi
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsinə qarşı həyata keçirilən əməliyyatlar ABŞ üçün təxminən 100 milyard dollara başa gəlib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu rəqəm rəsmi açıqlamalarda göstəriləndən xeyli yüksəkdir. Əraqçi iddia edib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) real xərcləri tam şəkildə açıqlamır.
O, həmçinin qeyd edib ki, bu prosesdə İsrailin rolu da ABŞ üçün əlavə maliyyə yükü yaradıb və bu siyasətin nəticələri Amerika vergi ödəyicilərinə birbaşa təsir göstərir.
Əraqçinin iddiasına görə, dolayı xərclər ailələr üçün də hiss olunur və hər bir Amerika ailəsi üçün aylıq yükün təxminən 500 dollara çatdığı, hətta artmaqda olduğu bildirilir.
O əlavə edib ki, “İsrail ilk növbədə həmişə Amerikanı sonuncu nəzərdə tutur” ifadəsi ilə müttəfiqlik münasibətlərində balansın ABŞ əleyhinə işlədiyini vurğulayıb.
16:00 01.05.2026
Oxunuş sayı: 55