Rusiya İrana dəstək verir - İDDİA
Rusiya ABŞ ilə qarşıdurmada İrana yardım göstərir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Senatda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Moskva müxtəlif istiqamətlərdə Tehrana dəstək verməklə Vaşinqtonun regiondakı siyasətinə təsir göstərməyə çalışır.
Eyni iclasda çıxış edən respublikaçı senator Rocer Wicker də Rusiyanın ABŞ-nin İrandakı fəaliyyətlərini zəiflətmək üçün ciddi addımlar atdığını vurğulayıb.
Senator qeyd edib ki, Moskvanın bu istiqamətdə fəaliyyəti Vaşinqtonun strateji maraqları baxımından narahatlıq doğurur.
13:33 01.05.2026
Oxunuş sayı: 51