Macarıstan Ukrayna ilə bağlı yeni şərtlər irəli sürüb
Macarıstan tərəfi Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarına başlamazdan əvvəl ölkədə yaşayan macar icmasının hüquqlarının genişləndirilməsini tələb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Məlumata görə, Macarıstanlı siyasətçi Peter Magyar bu mövqeyi Avropa Şurasının prezidenti Antonio Costa ilə görüşü zamanı səsləndirib. Bildirilir ki, irəli sürülən tələblər müəyyən mənada Macarıstanın Baş naziri Viktor Orbanın əvvəlki mövqeyi ilə üst-üstə düşür.
Mənbələrin məlumatına əsasən, Peter Magyar Ukraynanın Aİ-yə üzvlük danışıqlarına başlanmasına razılıq verilməsi üçün daha əvvəl irəli sürülmüş 11 şərtin qüvvədə saxlanıldığını bildirib və həmin tələbləri yenidən gündəmə gətirib.
Qeyd edək ki, Macarıstan tərəfi uzun müddətdir Ukraynada yaşayan macar azlığın hüquqları məsələsini Aİ ilə bağlı müzakirələrdə əsas şərtlərdən biri kimi irəli sürür.
09:22 01.05.2026
Oxunuş sayı: 51