Sançes: İsrail beynəlxalq hüququ pozur, Aİ dərhal hərəkətə keçməlidir
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, İsrail beynəlxalq hüququ pozaraq ərazi sularından kənarda mülki flotiya hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sançesin sözlərinə görə, İspaniya hökuməti saxlanılan ispan vətəndaşlarının müdafiəsi və onlara yardım göstərilməsi üçün bütün zəruri addımları atır.
O həmçinin qeyd edib ki, bu kifayət etmir və Avropa İttifaqı İsraillə assosiasiya sazişini dərhal dayandırmalı, Baş nazir Benyamin Netanyahu isə dəniz hüququna əməl etməlidir.
08:40 01.05.2026
Oxunuş sayı: 49