Qalibaf: Belə sərhədlərlə ölkə blokadaya alınmaz
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin təcrid olunması ideyasını istehza ilə şərh edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, ABŞ-nin izolyasiya cəhdləri real deyil: “Əgər ABŞ-də Nyu-Yorkdan Qərb sahilinə və Los-Ancelesdən Şərq sahilinə qədər iki divar tikilsə, ümumi uzunluq 7755 km olar. Bu isə İranın sərhədlərinin ümumi uzunluğundan təxminən 1000 km azdır. Belə sərhədlərə malik ölkəni blokadaya almağa uğurlar”.
08:10 01.05.2026
Oxunuş sayı: 42