Rusiyanın BMT-dəki nümayəndəsi dünyada nüvə silahlanması yarışının başlandığını elan edib
ABŞ, Fransa və Böyük Britaniyanın hərəkətləri birbaşa nüvə silahlanması yarışına səbəb olur.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının KXDR üzrə iclasında bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) 11-ci İcmal Konfransı kontekstində nüvə silahına sahib olan hər üç Qərb dövlətinin - ABŞ, Fransa və Böyük Britaniyanın hərəkətlərinin birbaşa nüvə silahlanması yarışına səbəb olduğunu qeyd etməmək mümkün deyil.
"Onlardan ikisi artıq açıq şəkildə nüvə arsenallarının artırıldığını elan edib, üçüncüsü isə START Müqaviləsinin məhdudiyyətlərindən qəsdən imtina edərək və illərdir Nüvə Sınaqlarının Qadağan Edilməsi üzrə Hərtərəfli Müqavilənin (NTBT) qüvvəyə minməsini asanlaşdırmaq ehtiyacını görməzdən gələrək, dövlət başçısının ilk sərəncamı ilə istənilən vaxt nüvə potensialını genişləndirməyə və tammiqyaslı nüvə sınaqlarına başlamağa hazır olduğunu bildirib", - deyə Nebenzya vurğulayıb.
21:26 30.04.2026
Oxunuş sayı: 46