Ermənistan və Hindistan arasında hərbi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Hindistan Hərbi Hava Qüvvələrinin baş komandanı Amar Prit Sinq ilə bu yaxınlarda Hindistanda keçirilən görüşdə Su-30 qırıcı donanmasının modernləşdirilməsini müzakirə edib.
Crossmedia.az "The New Indian Express"-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Asryan və Sinq arasında aparılan danışıqlar çoxqatlı hava hücumundan müdafiə arxitekturasına, qırıcıların döyüş qabiliyyətinin artırılmasına və dron və raket təhdidlərindən qorunmağa yönəlib.
Onun sözlərinə görə, Ermənistan, həmçinin Hindistanın Astra MK1 uzaqmənzilli hava-hava raketini əldə etməyi də nəzərdən keçirir.
Tərəflər, həmçinin Hindistanın Pralay taktiki raket sistemlərinin tədarükü və birgə silahların hazırlanması ilə bağlı danışıqlar aparırlar.
21:03 30.04.2026
Oxunuş sayı: 51