ABŞ: İranın xaricdəki resurslarını bloklayacağıq
ABŞ prezidenti(red:ABŞ prezidenti Donald Tramp nəzərdə tutulub.) İrana qarşı təzyiqin artırılması barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
Bessantın sözlərinə görə, Vaşinqton İran xalqının xeyrinə rejimin xaricdəki maliyyə resurslarını bloklamağı planlaşdırır.
Nazir qeyd edib ki, Tramp administrasiyası maksimum təzyiq kampaniyasına bir ildən çox əvvəl start verib və bu proses çərçivəsində Maliyyə Nazirliyinə konkret tapşırıqlar verilib:
“Prezident bu əmri mənə və Maliyyə Nazirliyinə keçən ilin mart ayında vermişdi. Bu təzyiq dekabr ayında İran iqtisadiyyatının dayanmasına səbəb oldu və bu da etirazlara gətirib çıxardı”.
Bessant əlavə edib ki, İranın ən böyük bankı iflasa uğrayıb və İran Mərkəzi Bankı borcları ödəməyə məcbur qalıb. Onun fikrincə, bu proses ölkədə hiperinflyasiyanın dərinləşməsinə səbəb olub.
20:09 30.04.2026
Oxunuş sayı: 45