Ərdoğanın İrəvana səfəri gözlənilir- Tarix açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) növbəti iclasına dəvət olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC-nin Türkiyə xidməti məlumat yayıb.
Görüş Avropa Şurasının prezidenti Antonio Kosta və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən həmsədrlik ediləcək.
Əsas mövzular demokratik dayanıqlığın artırılması, əlaqələrin möhkəmləndirilməsi, eləcə də iqtisadi və enerji təhlükəsizliyinin gücləndirilməsi olacaq.
Ərdoğanın İrəvan görüşünə qatılıb-qatılmayacağı ilə bağlı Türkiyədən hələlik rəsmi açıqlama verilməyib.
19:13 30.04.2026
Oxunuş sayı: 50