Zelenski Rusiyanın hansı şərtlərlə atəşkəsə razı ola biləcəyini AÇIQLAYIB
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya sanksiyaların ləğvi müqabilində atəşkəs təklif edə bilər.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”ə müsahibə verən Zelenskinin sözlərinə görə, mümkün təkliflər SWIFT sistemi və bank xidmətləri ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da əhatə edə bilər.
O, bu ssenarinin Ukrayna üçün ciddi risklər yaratdığını vurğulayıb və belə bir yanaşmanın “təzyiqin azaldılması müqabilində müharibədə müvəqqəti fasilə” demək ola biləcəyini bildirib.
Zelenski, həmçinin qeyd edib ki, əsas sual Rusiyanın belə bir pauzadan sonra hansı addımları atacağıdır.
18:33 30.04.2026
Oxunuş sayı: 58