Almaniya kansleri İran və İsraillə bağlı XƏBƏRDARLIQ ETDİ
Almaniya kansleri Fridrix Merts Hörmüz boğazının bağlanmasının ciddi iqtisadi itkilərə səbəb ola biləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, İsrailə və onun regional tərəfdaşlarına qarşı hücumların dayandırılması vacibdir.
Kanslerin sözlərinə görə, İran regionu və bütövlükdə dünyanı gərginlik altında saxlamağa davam etməməlidir və ölkənin hərbi nüvə proqramı dayandırılmalıdır.
Merts bu məsələlərin Yaxın Şərqdə sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
18:20 30.04.2026
Oxunuş sayı: 44