Qalibaf Hörmüz boğazı ilə bağlı AÇIQLAMA VERDİ
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin regiondakı roluna dair açıqlama verib. O bildirib ki, İran Hörmüz boğazı üzərində nəzarət imkanlarından istifadə etməklə bölgənin gələcəyini ABŞ-nin iştirakı olmadan formalaşdıra bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Qalibaf qeyd edib ki, Tehran regional tarazlığı dəyişdirməyi və xarici təsirləri azaltmağı hədəfləyir. O, həmçinin İranın tarixi ilə bağlı çıxış edərək, keçmişdə Fars körfəzində xarici qüvvələrə qarşı mübarizəni xatırladıb.
Siyasətçi vurğulayıb ki, Hörmüz boğazının idarə olunması İran və region ölkələri üçün strateji əhəmiyyət daşıyır. Bu, Amerikanın müdaxiləsindən azad gələcək üçün imkan yarada bilər.
18:58 30.04.2026
Oxunuş sayı: 52