Aleksandr Novak OPEC+ barədə danışdı
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak BƏƏ-nin OPEC və OPEC+ çərçivəsində mümkün qərarlarına münasibət bildirib. O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin istənilən qərarı suveren hüquqdur və bu, beynəlxalq enerji bazarlarında normal qəbul edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Novakın sözlərinə görə, mövcud OPEC və OPEC+ mexanizmi ümumilikdə effektiv şəkildə fəaliyyət göstərir və qlobal neft bazarında sabitliyin qorunmasına töhfə verir.
18:37 30.04.2026
Oxunuş sayı: 36