Yeni İDDİA: Epşteynin “məscid” adlandırdığı tikili barədə ŞOK MƏLUMATLAR - FOTO
Ceffri Epşteyn ilə bağlı yeni iddialar mediada geniş müzakirəyə səbəb olub. Epşteyn Karib dənizində yerləşən "Little Saint James" adasında tikdirdiyi məscid üçün müxtəlif İslam dini və memarlıq elementləri toplayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumata əsasən, Quran ayələri olan qobelenlərin Məkkə yaxınlığında yerləşən Kəbə bölgəsindən ilhamlandığı, bəzi kafellərin isə Özbəkistandakı məscidlərdən götürüldüyü iddia edilir. Günbəzin isə Suriya memarlıq üslubuna uyğun dizayn edildiyi bildirilir.
Nəşr qeyd edir ki, Epşteyn Yaxın Şərqdəki əlaqələrindən, o cümlədən Səudiyyə Ərəbistanı sarayındakı təmaslarından istifadə edərək bu materialları əldə edib.
ABŞ Ədliyyə Nazirliyinin məxfilikdən çıxarılan sənədlərində isə "Little Saint James" adasındakı mübahisəli tikilinin əvvəllər məbəd və ya pavilyon kimi təqdim edilsə də, Epşteyn tərəfindən məscid adlandırıldığı ortaya çıxıb.

17:37 30.04.2026
Oxunuş sayı: 46