Qələbə paradı öncəsi qalmaqal: Kreml yayılan xəbərləri YALANLADI
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına dəvət etməyib.
Crossmedia.az rus mediasına istinadən xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və rəsmi dəvət göndərilməyib.
Qeyd edək ki, mayın 9-da Moskvada ənənəvi Qələbə paradı keçirilir və bu tədbir hər il İkinci Dünya müharibəsində qazanılmış qələbənin ildönümü kimi qeyd olunur.
16:23 30.04.2026
Oxunuş sayı: 53