Kral Çarlzdan Trampa sərt mesaj: Kanada mənimdir
Böyük Britaniya kralı III Çarlz ABŞ prezidenti Donald Trampa Kanada ilə bağlı incə mesaj verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Trampın Kanada baş nazirini qubernator adlandırmasına cavab olaraq Kral Çarlz Dünya Kuboku ilə bağlı çıxışında diqqətçəkən ifadələr işlədib.
“Cənab Prezident, ABŞ və Kanada Dünya Kubokuna ev sahibliyi edəcək. Dövlət başçıları olaraq bir növ ortaq ev sahibiyik”, – deyə kral bildirib.
Çarlzın bu sözləri sosial mediada Kanadanın Böyük Britaniya monarxiyası ilə əlaqəsinə yumoristik və diplomatik işarə kimi şərh olunub.
09:30 30.04.2026
Oxunuş sayı: 42