Türkiyə Liviyanın şərq və qərb qüvvələrini eyni təlimdə bir araya gətirdi
Türkiyə Silahlı Qüvvələri EFES-2026 çoxmillətli hərbi təlimini keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təlimin diqqət çəkən məqamlarından biri Liviyanın həm şərq, həm də qərb qüvvələrinin eyni manevrlərdə iştirak etməsi olub. Bu, ölkədə vətəndaş münaqişəsinin başlanmasından sonra ilk belə hal kimi qiymətləndirilir.
Məlumata görə, təlimlərdə Liviyanın şərqini təmsil edən 331, qərbini təmsil edən isə 177 hərbçi iştirak edib. Qərb qüvvələri həmçinin “Şafak” adlı hücum kateri ilə təmsil olunub.
08:30 30.04.2026
Oxunuş sayı: 49