İran ABŞ -nin saxladığı gəmidəki altı heyət üzvünü azad edib
İran ABŞ tərəfindən ələ keçirilən "Tuska" konteyner gəmisinin altı heyət üzvünün azad edilməsini təmin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Gəmidə olan daha 22 iranlının azad edilməsi məsələsi nəzərdən keçirilir.
Xatırladaq ki, aprelin 21-də İran Xarici İşlər Nazirliyi ABŞ-nin gəmini ələ keçirməsini dəniz piratçılığı adlandıraraq, bunun təkcə BMT Nizamnaməsini və fundamental beynəlxalq hüququ pozmadığını, həm də atəşkəsi pozduğunu qeyd edib.
23:22 29.04.2026
Oxunuş sayı: 44