Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
IV və VI siniflərdə təhsilalanların monitorinqinə hazırlıq mərhələsinə görə, aprelin 27-si saat 18:00-dan etibarən sözügedən siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 30 aprel saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.
17:43 24.04.2026
Oxunuş sayı: 138