Azərbaycan yeddi ay ərzində Serbiyaya 44 milyon dollardan çox dəyərdə qaz ixrac edib
Azərbaycan yeddi ay ərzində Serbiyaya 44 milyon dollardan çox dəyərdə qaz ixrac edib.
Crossmedia.az xəbər verir ki,Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan “Azərbaycanın 2026-cı ilin yanvar-iyul aylarında xarici ticarət əlaqələri” hesabatına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Serbiyaya 44,304 milyon ABŞ dolları dəyərində 113,641 milyon kubmetr təbii qaz (qaz halında) ixrac olunub.
Trend-in komitənin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracının dəyəri 56,812 milyon ABŞ dolları və ya 56,2 faiz, həcmi isə 66,534 milyon kubmetr və ya 36,9 faiz azalıb.
Dövlət Komitəsinin məlumatına görə, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan Serbiyaya 101,116 milyon ABŞ dolları dəyərində 180,175 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
İl | İxrac həcmi | İxrac dəyəri |
2024 | 72,064 mln kub.m | 29,152 mln. dollar |
2025 | 226,067 mln kub.m | 119,831 mln.dollar |
Agentliyin hazırladığı cədvələ əsasən, 2025-ci ildə Azərbaycandan Serbiyaya təbii qaz ixracı 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. İxracın həcmi 72,064 milyon kubmetrdən 226,067 milyon kubmetrədək yüksələrək təxminən 3,1 dəfə artıb.
Bununla yanaşı, ixracın dəyəri 2024-cü ildəki 29,152 milyon ABŞ dollarından 2025-ci ildə 119,831 milyon ABŞ dollarınadək yüksələrək dörd dəfədən çox artıb.
Beləliklə, 2025-ci ildə həm təbii qaz tədarükünün fiziki həcmi, həm də onun dəyəri əhəmiyyətli dərəcədə artıb.
20:03 21.09.2026
Oxunuş sayı: 45