ABŞ mediasından XƏBƏRDARLIQ: İranla müharibə Fars körfəzini silkələyə bilər
ABŞ mətbuatı Yaxın Şərqdə mümkün gərginliyin regiona təsirləri barədə xəbərdarlıq edib.
Crossmedia.az-ın məlumatına görə, “The National Interest” nəşri yazır ki, İranla mümkün müharibə Fars körfəzi ölkələri üçün ciddi iqtisadi və təhlükəsizlik nəticələri yarada bilər.
Məqalədə iddia olunur ki, ABŞ prezidenti Donald Tramp dövründə Hörmüz boğazının təhlükəsiz açıq saxlanılmasında yaranan çətinliklər bəzi Körfəz ölkələrinə Vaşinqtonun artıq “etibarlı təminatçı” olmadığı mesajını verib.
Məqalə müəllifləri qeyd edirlər ki, bölgədə mümkün hərbi eskalasiya qlobal enerji və ticarət yollarına da ciddi təsir göstərə bilər.
15:49 23.04.2026
Oxunuş sayı: 48