Slovakiya Rusiya sanksiyalarını bloklamayacaq
Slovakiya Rusiyaya qarşı hazırlanmış 20-ci Avropa İttifaqı sanksiya paketini bloklamayacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Drujba boru kəməri ilə neft tədarükü razılaşdırılmış həcmdə və fasiləsiz davam edərsə, Bratislava sanksiyaların qəbuluna mane olmayacaq.
Qərarın Aİ daxilində enerji təhlükəsizliyi ilə bağlı müzakirələr fonunda verildiyi qeyd olunur.
14:38 23.04.2026
Oxunuş sayı: 54