Paşinyan: Ermənistan KTMT-də fəaliyyətini genişləndirməyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fəaliyyətini intensivləşdirməyi planlaşdırmır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ermənistan KİV-lərinin məlumatına görə, Paşinyan mətbuat konfransında qeyd edib ki, “seçki platformamızda açıq şəkildə göstərilib ki, KTMT-də işi intensivləşdirmək üçün tədbirlər görməyəcəyik”.
Baş nazir vurğulayıb ki, bu mövqe təşkilatla “dondurulmamış” əməkdaşlıq anlamına gəlmir.
KTMT-dən mümkün çıxış məsələsinə toxunan Paşinyan bildirib ki, bu barədə yekun qərar hələ verilməyib və gələcək proseslərdən asılı olacaq.
15:19 23.04.2026
Oxunuş sayı: 59