Ermənistanla Fransa arasında yeni razılaşma imzalanıb
Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədin imzalanacağı açıqlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində təhsil, hərbi-texniki əməkdaşlıq və süni intellekt sahələrini əhatə edən bir sıra sənədlər də imzalanacaq.
Xarici işlər nazirinin müavini Vaan Kostanyan bu razılaşmaların iki ölkə arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini bildirib.
11:26 23.04.2026
Oxunuş sayı: 47