Dneprə gecə hücumu: Ölən və yaralananlar var
Ukraynanın Dnepr şəhərinə gecə saatlarında həyata keçirilən hücum nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə zamanı 13 mərtəbəli yaşayış binası, mağaza, avtomobillər və inzibati bina zərər görüb. Yaşayış binalarından birində isə üç mərtəbədə yerləşən mənzillərin dağıldığı bildirilir.
11:13 23.04.2026
Oxunuş sayı: 46