Tayvan ABŞ-la milyardlıq silah sazişi bağladı
Tayvan ABŞ ilə ümumi dəyəri 6,6 milyard dollar olan silah müqavilələri imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ən böyük müqavilə 3,9 milyard dollar dəyərində çoxsaylı buraxılışlı raket sistemlərinin çatdırılmasını əhatə edir. Paketə, həmçinin özüyeriyən artilleriya qurğuları və quru qoşunlarının raket arsenalının genişləndirilməsi daxildir.
Digər üç müqavilə isə donanma üçün raketlərin alınmasını, Tayvan və ABŞ arasında iri çaplı raketlərin birgə istehsalını, eləcə də inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi üzrə məsləhət xidmətlərini əhatə edir.
11:06 23.04.2026
Oxunuş sayı: 54