ABŞ rəsmisindən İtaliya ilə bağlı təklif
ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıq üzrə Xüsusi Elçisi Paolo Zampolli qarşıdan gələn futbol üzrə dünya çempionatı ilə bağlı diqqətçəkən təklif irəli sürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, İran milli komandasının turnirdə İtaliya milli futbol komandasıı ilə əvəz olunmasının mümkün variant kimi nəzərdən keçirilə biləcəyini bildirib. Zampolli İtaliya yığmasının dünya futbolundakı uğurlarını xatırladaraq, komandanın dörd dəfə çempion olduğunu və bu baxımdan turnirdə iştirak üçün kifayət qədər təcrübəyə malik olduğunu vurğulayıb.
Rəsmi şəxs qeyd edib ki, ABŞ-ın ev sahibliyi edəcəyi mundialda İtaliyanın çıxışını görmək onun üçün arzuolunan olardı.
Qeyd edək ki, səsləndirilən bu fikir hələlik rəsmi qərar deyil və beynəlxalq futbol qurumları tərəfindən hər hansı dəyişiklik açıqlanmayıb.
10:47 23.04.2026
Oxunuş sayı: 56