Fransa prezidenti Samvel Karapetyanla görüşə bilər
“Güclü Ermənistan” partiyasının lideri və baş nazirliyə namizəd Samvel Karapetyanın oğlu Sarkis Karapetyan Fransa prezidenti Emmanuel Makrona müraciət edərək deyib:
“Siz Ermənistana dost adlandırdığınız, lakin erməni xalqının düşməni olan bir insanın dəvəti ilə gəlirsiniz. Baş nazir Nikol Paşinyan beynəlxalq ictimaiyyətin iddia etdiyi kimi deyil, aldadır, demokratik dəyərlərin arxasında gizlənir.
Crossmedia.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
O, qeyd edib ki, Paşinyan ölkəni hüquqi xaosa salıb: "Kilsəyə, diaspora və siyasi rəqiblərinə hücum edib. Bu görüş mənasızdır, çünki iki aydan sonra Samvel Karapetyan Ermənistan Respublikasının Baş naziri olacaq. O, ev dustaqlığındadır. Əgər demokratik dəyərlər sizin üçün vacibdirsə, sizi onunla görüşməyə dəvət edirik”, - deyə Sarkis Karapetyan bildirib.
21:33 22.04.2026
Oxunuş sayı: 48