ABŞ Prezidenti: Hörmüz boğazı görüntü üçündür
ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazının bağlanması ilə bağlı mövqeyinə sərt reaksiya verib.
Crossmedia.az-ın məlumatgına görə, Tramp “Truth Social” platformasında etdiyi paylaşımda bildirib ki, İran bu addımı real məqsədlə deyil, yalnız siyasi görüntü yaratmaq üçün gündəmə gətirir.
Onun sözlərinə görə, Tehran boğazın bağlanmasını ona görə müzakirə edir ki, ABŞ artıq bu strateji su yolunda nəzarəti gücləndirib.
“Onlar yalnız boğazı bağlamaq istədiklərini deyirlər, çünki mən onu faktiki olaraq nəzarətə götürmüşəm. Sadəcə görüntünü qorumağa çalışırlar”, – deyə, Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin iddia edib ki, bir neçə gün əvvəl İran tərəfi boğazın açılmasına hazır olduğunu bildirib, lakin hər hansı razılaşmanın əldə olunması üçün sərt şərtlərin lazım olduğunu vurğulayıb.
19:12 22.04.2026
Oxunuş sayı: 44