Aİ Rusiyaya 20-ci sanksiyanı TƏTBİQ ETDİ
Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı hazırlanmış 20-ci sanksiya paketini və Ukraynaya 90 milyard avro (təxminən 106 milyard dollar) dəyərində kreditin ayrılmasını təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, qərarın qəbulunda Macarıstan və Slovakiyanın vetosu aradan qaldırılıb.
Sanksiya paketi ilkin mərhələdə Rusiya neftinin dəniz yolu ilə daşınmasına tam qadağanı da nəzərdə tutsa da, son razılaşmada bu məhdudiyyət sənəddən çıxarılıb.
Yeni sanksiya paketi Rusiyaya qarşı iqtisadi təzyiqi artırmağı və Ukraynanın maliyyə ehtiyaclarını qarşılamağı hədəfləyir.
18:50 22.04.2026
Oxunuş sayı: 49