Gürcüstan ATƏT-ə 2027-ci il sədrliyi üçün namizədliyini irəli sürüb
Gürcüstan 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi üçün rəsmi namizədliyini təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Vyanada keçirilən ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun ilk iclasında çıxışı zamanı məlumat verib.
Nazir çıxışında ATƏT regionunda təhlükəsizlik vəziyyətinin ciddi olaraq qaldığını bildirib və yeni, sürətlə inkişaf edən risklərin artdığını vurğulayıb. O, xüsusilə müasir silahların yayılması, kiber əməliyyatların genişlənməsi və hibrid təhlükələrin ənənəvi və qeyri-ənənəvi münaqişə formaları arasındakı sərhədləri pozduğunu qeyd edib.
Boçorişvili həmçinin bildirib ki, Gürcüstan 2026-cı il sentyabrın 4-dək ATƏT-in forumuna sədrlik edəcək. Bundan sonra isə sədrliyin Böyük Britaniyaya keçəcəyi açıqlanıb.
18:20 22.04.2026
Oxunuş sayı: 47