Türkiyədən Livana növbəti humanitar yardım
Türkiyə Livandakı mülki əhali üçün Livana 360 ton humanitar yardım göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İsrail hücumları səbəbindən ölkədə 1 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Göndərilən yardıma yorğan, döşək, çadır, yataq torbası, ərzaq və təcili yardım dəstləri daxildir.
Qeyd edək ki, 2024-cü ildə münaqişə başlayandan bəri Türkiyə Livana ümumilikdə 1700 tondan çox humanitar yardım çatdırıb.
17:50 22.04.2026
Oxunuş sayı: 42