İsrail: Hizbullah atəşkəsi pozdu
İsrail Müdafiə Qüvvələri Livandan atılan pilotsuz uçuş aparatının qarşısının alındığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hizbullah tərəfindən buraxılan dron Livanın cənubundan İsrail mövqelərinə doğru yönəlib.
İsrail Hərbi Hava Qüvvələri dronu ələ keçirib və onun ölkə ərazisinə daxil olmasının qarşısını alıb. Sirenlərin işə salınmadığı bildirilib.
İsrail tərəfi bu hadisəni atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.
17:37 22.04.2026
Oxunuş sayı: 228