İran: Silahlı qüvvələr ABŞ və İsrailə qarşı hazırdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ölkənin silahlı qüvvələri ABŞ və İsrail tərəfindən mümkün yeni hücumlara qarşı tam hazır vəziyyətdədir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İran həm döyüş meydanında, həm də siyasi arenada baş verənləri diqqətlə izləyir və milli təhlükəsizlik və maraqlarını qorumaq üçün bütün zəruri addımları atacaq.
XİN sözçüsü vurğulayıb ki, silahlı qüvvələr ayıq-sayıqdır və ölkənin ərazi bütövlüyünü istənilən təhdid və düşmən hərəkətlərindən qorumağa hazırdır.
16:45 22.04.2026
Oxunuş sayı: 43