Moskvadan İrəvana SƏRT CAVAB
Rusiya Təhlükəsizlik Şurası Ermənistanın Cənubi Qafqaz Dəmiryolunun idarə olunması üzrə konsessiyaya yenidən baxılması ilə bağlı bəyanatlarını qeyri-adekvat adlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şuranın katibinin müavini Aleksey Şevtsov bildirib ki, mövcud saziş ilkin olaraq Ermənistan üçün ən əlverişli şərtlərlə bağlanıb.
Onun sözlərinə görə, potensial konsessiya alıcıları hüquqların alınması və kompensasiya üçün ən azı 250 milyon dollar ödəməli, hər il təxminən 40 milyon dollar əməliyyat xərcləri çəkməli, həmçinin infrastruktura böyük həcmdə sərmayə yatırmalıdırlar. Şevtsov qeyd edib ki, İcevan hissəsinin bərpasına təxminən 400 milyon, Vanadzor–Fioletovo xəttinə 200 milyon, Türkiyə sərhədi istiqamətinə isə 40 milyon dollar tələb olunur.
O, həmçinin vurğulayıb ki, Ermənistan dəmir yolu şəbəkəsində yük daşımalarının gələcək həcmi qeyri-müəyyəndir və ölkənin Avrasiya İqtisadi İttifaqından çıxacağı halda bu göstəricilərin azalacağı istisna edilmir.
16:20 22.04.2026
Oxunuş sayı: 140