İİKK Hörmüzdə iki gəmini saxladı
İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında iki ticarət gəmisinin saxlanıldığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Korpusun dəniz qüvvələri qaydaları pozduğu iddia edilən gəmiləri nəzarətə götürərək İran sahillərinə yönləndirib.
Bildirilib ki, gəmilərdən biri MSC Francesca və Epaminondasdir. Rəsmi açıqlamada onların naviqasiya qaydalarını pozduğu və təhlükəsizliyi riskə atdığı iddia olunub.
Qurum Hörmüz boğazında təhlükəsizliyin pozulmasının qırmızı xətt olduğunu vurğulayıb.
15:25 22.04.2026
Oxunuş sayı: 57