Melonidən Solovyova sərt cavab
İtaliyanın Baş naziri Giorgia Meloni rusiyalı təbliğatçı Vladimir Solovyov tərəfindən səsləndirilən təhqirlərə cavab verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Meloni bildirib ki, rejimin təbliğatçısı nə ardıcıllıq, nə də azadlıq dərsləri vermək iqtidarındadır və əlavə edib ki, bu cür çıxışlar İtaliyanın siyasi kursuna təsir etməyəcək.
Baş nazir vurğulayıb ki, ölkənin yeganə rəhbər prinsipi milli maraqlardır. İtaliya bu xətti qürurla davam etdirəcək və bu mövqe müxtəlif təbliğatçıların narazılığına səbəb olsa belə dəyişməyəcək.
13:07 22.04.2026
Oxunuş sayı: 45