Tokayevdən Xəzərlə bağlı çağırış
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin qorunması üçün beynəlxalq səylərin artırılmasına çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Qazaxıstan dənizin ekoloji vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün dövlətlərarası proqram başladıb və tədqiqat institutu yaradıb.
Tokayev vurğulayıb ki, Xəzər dənizi unikal təbii irsdir və burada hər hansı hərbi istifadəyə yol verilməməlidir.
11:50 22.04.2026
Oxunuş sayı: 53