SON DƏQİQƏ: Kosovo SEPAH-ı terror təşkilatı elan etdi
Kosovo Xarici İşlər Nazirliyi İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH)-nu terror təşkilatı kimi tanıdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kosovonun xarici işlər naziri Qlauk Konjufça bildirib ki, bu qərar müttəfiqləri dəstəkləmək, demokratik təhlükəsizliyi gücləndirmək və terrorizmin bütün formalarına qarşı mübarizə məqsədi daşıyır. Onun sözlərinə görə, Kosovo beynəlxalq tərəfdaşları ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcək.
Qərara cavab olaraq İsrail Xarici İşlər Nazirliyi addımı alqışlayaraq onu mühüm və vaxtında atılmış addım kimi qiymətləndirib. Bəyanatda beynəlxalq ictimaiyyətə “İran rejimi”nə qarşı mübarizədə səyləri birləşdirmək çağırışı da yer alıb.
09:45 22.04.2026
Oxunuş sayı: 45