Tramp: İran maliyyə cəhətdən çökür
ABŞ prezidenti Donald Tramp İranın ciddi maliyyə böhranı ilə üzləşdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “Truth Social” platformasında paylaşımında qeyd edib ki, İran iqtisadi çətinliklər səbəbindən Hörmüz boğazının yenidən açılmasını istəyir.
Trampın sözlərinə görə, Tehran gündəlik böyük maliyyə itkiləri yaşayır: “İran maliyyə cəhətdən çökür! Onlar Hörmüz boğazının dərhal açılmasını istəyirlər — pul üçün aclıq çəkirlər. Gündə 500 milyon dollar itirirlər. Hərbçilər və polis əməkdaşları maaş ala bilmədiklərinə görə şikayətlənirlər”.
O, İranın mövcud iqtisadi vəziyyətinin getdikcə daha da ağırlaşdığını vurğulayıb.
09:28 22.04.2026
Oxunuş sayı: 50