Pakistan Trampa təşəkkür etdi: İranla atəşkəs uzadıldı
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampa İranla atəşkəsin uzadılması ilə bağlı təşəkkür edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şərif “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, o, həm öz adından, həm də Pakistan ordusunun rəhbəri Asim Munir adından Trampın diplomatik səylərin davam etdirilməsi üçün atəşkəsin uzadılması xahişini qəbul etməsini yüksək qiymətləndirir.
Baş nazir qeyd edib ki, Pakistan münaqişənin sülh yolu ilə həlli istiqamətində fəal səylərini davam etdirəcək və tərəflərin atəşkəsə əməl edəcəyinə ümid edir.
Qeyd edək ki, danışıqların ikinci mərhələsinin İslamabad şəhərində keçirilməsi planlaşdırılsa da, İran tərəfinin mövqeyinə görə görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
09:23 22.04.2026
Oxunuş sayı: 55