Macarıstan və Slovakiya Rusiyaya qarşı sanksiyalara dəstək vermək üçün şərti açıqlayıb
Macarıstan və Slovakiya neft tədarükü bərpa olunarsa, Ukraynaya kredit verməyə və Rusiyaya qarşı yeni sanksiyalara dəstək verməyə hazırdırlar.
Crossmedia.az xəbər verir ki, bunu Çexiya xarici işlər naziri Petr Matsinka deyib.
Onun sözlərinə görə, hər iki ölkə təmkinli mövqeyini "Drujba" boru kəmərinin dayandırılması ilə əlaqələndirib. Təchizat bərpa olunarsa, maneə aradan qalxacaq.
23:02 21.04.2026
Oxunuş sayı: 58