Ermənistanda müxalifət birləşir - Prioritetləri AÇIQLANDI
“Həyat üçün ölkə” partiyası və “Güclü Ermənistan” partiyaları arasında qarşıdakı parlament seçkilərində birgə iştirakla bağlı razılaşma əldə olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Siyasi qüvvələrin yaydığı bəyanata əsasən, tərəflər arasında memorandum imzalanıb və onlar Ermənistanda keçiriləcək seçkilər üçün vahid siyasi gündəlik formalaşdıraraq resurslarını birləşdirəcəklər.
Açıqlamada qeyd olunan prioritetlər arasında erməni kilsəsinin milli kimlik və birliyin əsas sütunu kimi tanınması, həmçinin diaspora ilə əlaqələrin gücləndirilməsi yer alır.
18:51 21.04.2026
Oxunuş sayı: 62