Tramp: Birlikdə hərəkət etməsələr, Avropa olmayacaq
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə ünvanladığı açıqlamada qitənin birlikdə hərəkət etməli olduğunu, əks halda ciddi nəticələrlə üzləşə biləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, siyasətə gəlməzdən əvvəl də Avropa barədə “kağız pələng” ifadəsini işlətdiyini xatırladıb. Trampın sözlərinə görə, Avropa enerji və miqrasiya məsələlərində daha koordinasiyalı addımlar atmalıdır.
“Onlar birlikdə hərəkət etməlidirlər, əks halda Avropa olmayacaq”, – deyə o vurğulayıb.
18:31 21.04.2026
Oxunuş sayı: 56