Trampdan qalmaqallı çıxış: İran, NATO və Venesuela ilə bağlı SƏRT BƏYANATLAR
ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasını istəmədiyini bəyan edib.
Crossmedia.az bu barədə xəbər verir ki, Tramp "CNBC"yə müsahibəsində deyib.
O, çıxışı zamanı bir sıra digər diqqətçəkən fikirlər də səsləndirib.
Tramp bildirib ki, Yaxın Şərqdəki ABŞ müttəfiqləri NATO-dan daha effektivdir. O, həmçinin İsveçrənin ABŞ-yə daha çox ödəniş etməli olduğunu və bu məbləğin artırılacağını qeyd edib.
ABŞ prezidenti Venesuela ilə bağlı iddia irəli sürərək ölkənin nəzarətini 45 dəqiqəyə ələ keçirə biləcəyini deyib. Bununla yanaşı, Vyetnam müharibəsində də çox qısa müddətdə qalib gələ biləcəyini vurğulayıb.
Tramp əlavə edib ki, BƏƏ çətin vəziyyətlə üzləşərsə, ABŞ bu ölkəni dəstəkləməyə hazırdır.
18:00 21.04.2026
Oxunuş sayı: 55