Trampdan Hörmüz boğazı və atəşkəslə bağlı sərt açıqlama
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyət və mümkün razılaşmalar barədə diqqətçəkən fikirlər səsləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, qarşı tərəflə razılaşma əldə olunacağına inanır: “Düşünürəm ki, əla bir razılaşma əldə edəcəyik. Onların başqa seçimləri yoxdur.”
Tramp həmçinin Hörmüz boğazı üzərində nəzarət məsələsinə toxunaraq, ABŞ-nin bölgədə tam üstünlüyə malik olduğunu iddia edib.
O, qeyd edib ki, ABŞ atəşkəsdən əvvəl də güclü vəziyyətdə olub: “Biz tam hazır idik, atəşkəsdən əvvəlkindən daha güclü idik.”
Onun sözlərinə görə, atəşkəs dövrü silah ehtiyatlarının yenilənməsi üçün istifadə olunub və qarşı tərəfin də eyni addımı atdığı ehtimal edilir.
Trampın bu açıqlamaları regionda gərginliyin fonunda diqqətlə izlənilir.
17:23 21.04.2026
Oxunuş sayı: 65