Fransada Ukraynaya ayrılan milyardlarla avro müzakirə doğurdu
Florian Filipponun rəhbərlik etdiyi “Vətənpərvərlər” partiyası Fransa hökumətinin Ukraynaya 17 milyard avro ayırmaq planını tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Partiya lideri bildirib ki, Prezident Emmanuel Makron rəhbərliyindəki hökumət fransız xalqından əlavə 4–6 milyard avro həcmində “qurbanlar” tələb etməyi planlaşdırır.
O, bu addımın ölkə daxilində sosial və iqtisadi yükü artıracağını iddia edib.
Rəsmi Paris tərəfindən səsləndirilən iddialara dair hələlik əlavə açıqlama verilməyib.
17:00 21.04.2026
Oxunuş sayı: 57