ABŞ-dən “Apple” rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama
ABŞ Prezidenti Donald Tramp Apple şirkətinin rəhbərliyi barədə maraqlı fikirlər səsləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, prezidentliyinin ilk dövrlərində Apple-ın baş direktoru Tim Kuk onunla əlaqə saxlayaraq ciddi bir problemin həllində kömək istəyib. Bu zəngi qeyri-adi şəkildə təsvir edərək, Kukun sanki “onu razı salmaq üçün” zəng etdiyini deyib və bundan təsirləndiyini qeyd edib.
Onun sözlərinə görə, məsələ qısa müddətdə həll olunub və bu hadisədən sonra tərəflər arasında müsbət münasibətlər formalaşıb.
Tramp həmçinin Tim Kuku “möhtəşəm menecer və lider” kimi dəyərləndirib, Apple şirkətinin onun rəhbərliyi altında əhəmiyyətli uğurlar qazandığını və inkişafını davam etdirdiyini vurğulayıb.
16:45 21.04.2026
Oxunuş sayı: 57